İdman

"Videotəkrardan istifadə edilsəydi..." - Mourinyo

9 Avqust 2017 10:34
1 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Titul qazanmaqdan heç vaxt yorulmuruq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan deyib. 

UEFA Superkubokunda "Mançester Yunayted"lə qarşılaşan "qalaktikos" 2:1 hesablı qələbə qazanaraq, növbəti titula yiyələnib.

"Real"ın çalışdırıcısı Zidan oyunsonrası mətbuat konfransında qələbəni şərh edib: "Komandamız həmişə qələbəyə ac qalacaq. İstedadlı futbolçumuz yetərincədi. Daha güclü olmaq üçün çox işləmək lazımdı. Qələbələri davam etdirmək istəyirik. Eyni zamanda, başa düşürük ki, bunu digər komandalar da arzulayırlar və onlar bizi keçə bilərlər. Bugünkü oyunun dönüş anını tapmaq asan deyil. Bizim üçün əsas o idi ki, hava mübarizəsində üstünlüyü "Mançester Yunayted"ə verməyək və topu bacardığımız qədər özümüzdə saxlayaq".

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo isə mətbuat konfransında hakimlikdən gileylənib. O, "Real"ın ilk qolunda Kasemironun ofsayddan fərqləndiyini xüsusi vurğulayıb: "1:2 hesabı ilə, yəni 1 qol fərqilə məğlub olduq və həmin qol oyundan kənar vəziyyətdən vuruldu. Videotəkrardan istifadə edilsəydi, matçın əsas vaxtında heç-heçə qeydə alınacaqdı və əlavə vaxt oynanılacaqdı. Qələbə qazandığımız turnirlərdən sonra belə, medal mənim üçün böyük əhəmiyyət kəsb edir. İndi mənim məğlubiyyətdən sonra qazandığım medala münasibətimi təsəvvür edin. "Mançester Yunayted"in formasını geyinmiş uşaq gördüm və medalı ona verdim. Bu, həmin uşaq üçün ömürlük xatirə olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.