İdman

"Dahi deyiləm"

8 Avqust 2017 13:40
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni mövsümün ilk rəsmi oyununa çıxacağıq. Hər zaman olduğu kimi öz oyunumuzu nümayiş etdirəcəyik. "Mançester Yunayted"i yaxşı tanıyırıq. Qələbə qazanmaq üçün burdayıq. Bizi başqa heç nə maraqlandırmır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan UEFA Superkubokunun finalında "Mançester Yunayted"lə oyun öncəsi deyib.

"Mourinyo "Real"da yaxşı işlər görüb. Mən də bunu etməyə çalışıram. Çempionlar Liqasının kubokunu dalbadal 2 dəfə qazanmağımız dahi olmağım anlamına gəlməməlidir" - deyə o bildirib.

Zidan "Real"ı dünyanın ən böyük klubu adlandırıb: "Bütün komandalar "Real"ı udmaq istəyir. Çünki dünyanın ən böyük klubuyuq. İşimizin hər il daha da çətinləşdiyini bilirik. Ancaq bununla mübarizə aparacaq gücdəyik".

Fransalı mütəxəssis futbolçuları Qaret Beyl Kriştianu Ronaldunun sözügedən qarşılaşmada oynaya biləcəyini də vurğulayıb.

Qeyd edək ki, "Real" - "Mançester Yunayted" görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.