İdman

85 milyon avro + Kovaçiç = Dibala

8 Avqust 2017 12:27
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Paulo Dibala daha bir təklif alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu ilə "Real" da yaxından maraqlanır. 

Madrid klubu qarşı tərəfə rəsmi təkliflə müraciət etməyi düşünür. "Qalaktikos" bu keçidin baş tutması üçün "Yuventus"a 85 milyon avro və xorvatiyalı futbolçu Mateo Kovaçiçi verməyə hazırdı. İtaliyalıların təklifə necə cavab verəcəyi maraqla gözlənilir.
 
Qeyd edək ki, 23 yaşlı futbolçu 2015-ci ildən "Yuventus"un formasını geyinir. O, "qoca sinyora"nın heyətində bu vaxta qədər 94 oyunda 42 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.