İdman

Elçin Ukraynada 3-cü oldu

8 Avqust 2017 12:50
0 Şərh     Baxış: 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Odessa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Ribas" turu keçirilib. Birgünlük yarışda Azərbaycan yığma komandasının 4 üzvü - Elçin Əsədov, Ənvər Asanov, İsmayıl İlyasov və Musa Mikayılzadə iştriak edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, velosipedçilərimizdən ən yüksək nəticəyə yığmamızın lideri Elçin Əsədov imza atıb - o, 154 km məsafəni 3 saat, 42 dəqiqə, 55 saniyəyə qət edərək finiş xəttini 3-cü keçib. Bu nəticə idmançımıza 25 reytinq xalı qazandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.