İdman

"Neymar özü getmək istədi"

7 Avqust 2017 23:54
0 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSG prezidenti Naser Əl-Xəlaifi son açıqlamasında Neymarın transferini "Barselona" ilə birgə əməkdaşlıqla reallaşdırdıqlarını bildirib. Qətərli funksioner La Liqanın etirazına baxmayaraq braziliyalı ulduzu Fransaya gətirə bilmələrində bu amili xüsusi vurğulamışdı. Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon klubunun prezidenti Xosep Bartomeu isə öz növbəsində bunu inkar edib.

"Biz razı olmasaq da, Neymar getmək istəyirdi. Amma heç bir futbolçu "Barselona"dan böyük deyil. Onun transferindən əldə olunan 222 milyon avro ilə müdrik, ciddi və qənaətcil rəftar edəcəyik".

25 yaşlı futbolçu ötən həftə PSG ilə 5 illik müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.