İdman

"Hədəfimiz dəyişməyib"

7 Avqust 2017 22:35
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizim klub həmişə yeni qələbələrə ac olub. Hansı səviyyədə olduğumuzu, əldə etdiklərimizi bilirik". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan deyib.

Fransalı mütəxəssis sabah keçiriləcək UEFA Superkuboku öncəsi verdiyi müsahibədə komandanın hazırlığı, hədəfləri və iddialarından danışıb: "Amma həmişə daha artığını istəyirik. Titulların qazanılması da çox faydalıdı. Mövsümə uğurlu start vermək və Superkubokun "Mançester Yunayted"lə görüşündə nəticə qazanmaq vacibdi. Mövsümün ilk rəsmi matçının əhəmiyyətini dərk edirik. "Real" qatıldığı hər bir yarışda qələbə üçün mübarizə aparan komandadı. Ötən mövsüm biz təkcə ilk yarıda deyil, bütün mövsümü uğurlu keçirmişdik. Hədəfimiz dəyişməyib. Güclü heyətimiz var və ötən mövsümün uğurlarını təkrarlamaq istəyirik. Çempionlar Liqasını ardıcıl 3-cü dəfə qazanmaq istəyirik. Artıq iki il ardıcıl əldə etdiyimizi yenə reallaşdırmağa çalışacağıq. Amma bunu gerçəkləşdirmək asan olmayacaq".
 
Qeyd edək ki, "Real" və "Mançester Yunayted" arasında sabah keçiriləcək UEFA Superkuboku uğrunda matç Makedoniyanın Skopye şəhərində baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.