İdman

"Bəzi tanış simalar qayıda bilər"

7 Avqust 2017 22:22
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın idman direktoru Massimiliano Mirabelli yeni transferlərdən Bonuççi Bilya haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı funksioner Bonuççinin transferini əvvəlcədən planlaşdırmadıqlarını bildirib.

"Bonuççinin transferi planlaşdırılmamışdı. Amma bu fürsət əlimizə düşdü deyə istifadə etdik. Futbol agenti Alessandro Luççi ilə başqa futbolçular haqqında danışırdıq. O, isə Bonuççi ilə bağlı zarafat edirdi. İlk günlər bu barədə klubun direktoru Marko Fassoneyə də demədim. Sonra Leonardonun, həqiqətən, "Milan"a gəlmək istədiyini gördüm. Tez bir zamanda razılıq əldə olundu.

Lukas Bilya yarımmüdafiədə bizə lazım fiqur idi, xarizma gətirə bilər. Hücum xəttinə də bir şey fikirləşməliyik. Bir az fasilə vermişik. Avqustun 15-dən sonra qərar qəbul olunacaq. Bəzi tanış simalar qayıda bilər. İbrahimoviçə işarə vurmuram. Biz realistik və vəziyyəti qiymətləndirməyə davam edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.