İdman

Rusiyalı dünya çempionu Azərbaycanı əsas rəqib saymadı

7 Avqust 2017 18:20
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı bizim üçün ayrı bir döyüş olacaq. Bu turnirdə də kifayət qədər ciddi rəqiblərimiz var.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Rusiya millisinin voleybolçusu Svetlana Kryuçkova deyib. 

İkiqat dünya çempionu olan libero sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatındakı hədəflərindən danıb.

Azərbaycan yığmasını əsas rəqibləri sırasında görməyən Kryuçkova bildirib ki, hər bir matç çətin keçəcək:

"Birinci sırada duran iddialı rəqiblərimiz Serbiya, Türkiyə və Hollandiya yığmalarıdı. Ümumiyyətlə, döyüşəcəyimiz bir çox komandalar var. İndidən finalda Rusiya və Serbiyanın qarşılaşacağını demək də mümkün deyil. Hər rəqib xarakter göstərə bilər. Buna görə də hər komandaya qarşı maksimum köklənməliyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.