İdman

"Addım-addım gedib təmkinli olmaq lazımdır"

7 Avqust 2017 07:21
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo avqustun 8-də baş tutacaq UEFA Superkuboku matçından öncə fikirlərini UEFA-nın saytı ilə bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bunları deyib:

"Avropanın ən yaxşı komandalarından birinə qarşı oynamaq şansı əldə etmişik. Amerika turnesində onlarla qarşılaşmaq başqa məsələdir. İndi onlar forma yığıb və motivasiyalıdır. Bizim futbolçular Avrokubok oyunlarında zəngin təcrübəyə malik deyil. "Mançester Yunayted"də nəsil dəyişib. Ötən mövsüm biz Avropa Liqasında mübarizə aparıb təcrübə toplamışıq. İndisə Çempionlar Liqasına qayıtmışıq və Superkubok matçına çıxmalıyıq. "Real"ı sabiq komadnam kimi qəbul etmirəm. Mən "Portu"dan gedəndən 2 ay sonra onlara qarşı Çempionlar Liqasında oynamışam. "Çelsi"dən gedəndən cəmi 2 ay sonra "Mançester Yunayted"i onlara qarşı oyuna çıxardım. Oyunlara keçmiş komandalarımla qarşılaşam kimi yanaşmıram. "Real"ı Avropanın ən güclü, məşhur klubu kimi qəbul edirəm. Bu amil bizi qarşıdakı oyuna kökləyir. Çempionlar Liqasında məqsədimiz? "Yunayted"in dünyada ən yaxşı 3 klub arasında olduğuna heç kim şübhə etmir. Lakin klubun turnirdə startı tam başqa şeydir. Bu baxımından kürəyimizdə ağır yük var. Hazırda özümüzü Avropanın ən güclü klubları ilə müqayisə edə bilmərik. Addım-addım gedib təmkinli olmaq lazımdır. Birinci addım qrupdan çıxmaq olacaq. Çempionlar Liqasında 1/8 finala çıxmısansa, hər şey baş verə bilər.

Bu klub əbədi olaraq qrand qalacaq. Məqsədimiz komandanı tələb olunan səviyyəyə qaytarmaqdır. Əvvəllər maliyyə durumuna görə qrandlar seçilirdi. İndisə prestij baxımından böyük olmayan, amma iqtisadi imkanlarına görə seçilən klublar ortaya çıxıb. Bu faktor hər şeyi dəyişdirir. "Yunayted"i zirvəyə qaytarmağa çalışacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.