İdman

"Neymar bizə daha artıq məşhurluq gətirəcək futbolçudur"

7 Avqust 2017 05:30
0 Şərh     Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSG-nin baş məşqçisi Unay Emeri "Barselona"dan transfer edilən Neymar haqqında danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ulduz futbolçunun titullar qazanmaqda faydalı olacağına inamını ifadə edib.

"Neymar tez bir zamanda komandaya uyğunlaşmalıdır. Ona bu məsələdə kömək edəcəyik. PSG Neymarla irəliyə doğru addım atacaq. O, inkişaf etmək istədiyinə görə bizim klubu seçdi. Komandamızın titullar qazanmaq üçün şansları çoxdur. Neymarla bunu etmək daha asan lacaq. Onun transferi inkişaf və ambisiyların göstəricisidir. Bizim pərəstişkarlarımız bunu böyük sevinclə qəbul edir. Neymar bizə daha artıq məşhurluq gətirəcək futbolçudur. Əlbəttə, komandanın güclənməsi üçün yenə çalışacağıq. Bəzi futbolçular klubdan gedəcək. Hələlik hamıdan razıyam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.