İdman

Neymardan daha bir rekord - FOTO

5 Avqust 2017 10:02
3 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neymarın transferinin dəqiqləşməsindən sonra PSJ klubunun Parisdə olan iki satış mağazasında dünən yeni formalar satışa çıxarılıb.

Milli.Az bildirir ki, Şanzelize bulvarındakı klub satış mağazasında sonu görünməyən növbə meydana gəlib və oyunçunun 100 avroya satılan 10 nömrəli yeni forması 6 saat içində tükəib.

Fransa mətubatı onu da bildirib ki, Şanzelize və "Parc des Princes" stadionunda olan iki mağazaya bir gündə 15 min fanatın forma almaq üçün gəlməsi bu sahədə tarixi rekord qırılmasına səbəb olub.

Səhər saatlarında başlayan satışların günortadan sonra ehtiyatların bitməsiylə sona çatdığı, formadan bir gündə cəmi 10 min ədəd satıldığı bildirilib. Klub rəsmiləri yeni satışlarda artıq bir adama tək forma satma qərarı alıb.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.