İdman

"Nə baş verdiyini anlaya bilmədim"

4 Avqust 2017 12:24
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, apasport.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin yarımmüdafiəçisi Dion Malone Avropa Liqasının III təsnifat mərhələsinin "Panatinaikos"la cavab matçından (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Məğlubiyyətin səbəbini nədə görürsüz?

- Əvvəlcə ümumi hesabı bərabərləşdirən qolu vurduq. Amma sonra nə baş verdiyini anlaya bilmədim. Həm sıx oynamalı, həm də şansımızı gözləməli idik. Rəqibə təzyiq göstərdik. Bununla bərabər öz oyunumuza fikir verməli idik. Təəssüf ki, topsuz qaldığımız zaman  çox güc itirirdik.

- Baş məşqçi necə oynamağınızı tapşırmışdı?

- Əsas işimiz pressinq tətbiq etmək, qol epizodları yaratmaq və bundan maksimum istifadə etmək idi.

- Amma birinci hissədə "Qəbələ"nin timsalında bunu görmədik...

- Geri çəkilməmişdik. Çalışırdıq ki, hücumlar quraq, qol vuraq. Bunu ikinci hissədə bacardıq. Rəqib də buna imkan vermirdi.

- Avtoqolla yekunlaşan hücum haqda nə deyə bilərsiz?

- Baxımlı qol alındı. Monrozdan yaxşı ötürmə oldu.

- Yekun nəticə "Panatinaikos"un "Qəbələ"dən üstün olmasının, yoxsa şanslardan istifadə edə bilməməyin nəticəsidi?

- "Panatinaikos" çox yaxşı, güclü, mobil komandadı. Bu cür oyunda öz şansımızı yaratmalı idik. Çünki güclü və təcrübəli komandalara qarşı oyunlarda bunu etməlisən.

- "Qəbələ" əvvəlki iki mövsümdə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Sizin ilk ilinizdə isə komanda bunu bacarmadı. Hansı emosiyaları yaşayırsız?

- Qrup mərhələsinə yüksəlmək hər birimiz üçün əhəmiyyətli idi. Bunu bacaracağımıza inanırdıq. Təəssüf ki, bu gün üzücü nəticə ilə qarşılaşdıq. İndi ölkə çempionatı başlayır və bütün diqqətimizi ora yönəltməliyik, yenidən bu yarışa qatılmaq üçün orda uğur qazanmalıyıq.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsind

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.