İdman

Neymar: "Ömrümdə ikinci dəfə atamın məsləhətinə əks getdim"

4 Avqust 2017 12:15
1 Şərh     Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"PSJ"-nin yeni transferi Neymar 4 mövsüm şərəfini qoruduğu "Barselona" azarkeşləri ilə vidalaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz sosial şəbəkə vasitəsilə Paris klubuna keçmək qərarına da aydınlıq gətirib.

"Barselona"da oynamaq mənim uşaqlıq arzum olub. 21 yaşımda ambisiyalarla Kataloniyaya gəldim. İndiyə qədər klubdakı ilk günlərimi, kumirlərim Messi, Valdez, Xavi, İniesta, Puyol, Pike, Buskets və başqaları ilə bölüşdüyüm paltardəyişmə otağını xatırlayıram. Həyatımda rast gəldiyim ən güclü idmançı ilə birlikdə oynamaq şərəfinə layiq oldum. Əminəm ki, nə qədər sağam, beləsinə rast gəlməyəcəm.

Messi meydanda və ondan kənarda mənim dostum oldu. Bütün mümkün titulları qazandım və unudulmaz anlar yaşadıq. Kataloniya mənim vətənimdir. "Barselona"nı da çox sevirəm. Amma idmançıya yeni sınaqlar lazımdır. Buna görə ömrümdə ikinci dəfə atamın məsləhətinə əks getdim. Ata, sənin fikrinə çox hörmət edirəm. Lakin bu, mənim qərarımdır və həmişə olduğu kimi dəstəyini gözləyirəm. "Barselona" və Kataloniya əbədi qəlbimdə qalacaq. "PSJ"-nin təklifini qəbul etdim ki, yeni nailiyyətlər qazanım və kluba azarkeşlərin gözlədiyi titulları qazanmaqda kömək edim. Ürəyim mənə dedi ki, artıq getmək vaxtıdır. "PSJ" qarşıdakı illərdə evim olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.