İdman

"Növbəti mərhələyə layiq olan komanda keçdi"

4 Avqust 2017 11:47
0 Şərh     Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda səfərdə "Qəbələ"yə qalib gələn "Panathinaikos" növbəti mərhələyə yüksəlib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qonaqların baş məşqçisi Marinos Ozunidis komandasından razı qaldığını bildirib:

"Növbəti mərhələyə layiq olan komanda keçdi. Hər iki oyunda meydanda biz üstün idik. Mərhələni daha rahat keçə bilərdik. Hər iki qarşılaşmada yaxşı oynadıq. Baxmayaraq ki, bu meydançada oynamaq heç də asan deyildi. Oyuna yaxşı köklənmişdik. Ancaq bir neçə qol fürsətini boşa verdik. Hesab daha böyük ola bilərdi. Futbolun yazılmamış qanunu var - sən qol vurmasan, sənə vuracaqlar. Belə də oldu. Lakin özümüzü ələ ala bildik. Bunun nəticəsində 2 qol vurduq, 3-cü qolu da vura bilərdik. Ümumilikdə komandamdan həddən artıq razı qaldım. Çünki "Qəbələ" elə də asan rəqib deyildi. Bizimlə oyunlarda zəif təsir bağışlamalarına səbəb bizim yaxşı oynamağımız idi. Dünən də dediyim kimi, biz təkcə öz meydanamızda yox, rəqib meydanında da qalib gəlməyi bacarmalıyıq. Düzdü, biz hələ tam hazır deyilik. Ancaq bugünkü oyundan tam razı qaldım. Buna görə oyunçularımı təbrik edirəm. Qarşımızda buraxdığımız səhvləri düzəltmək üçün vaxt var. Bu müddətdə yeni oyunçularımız da komandaya tam uyğunlaşa biləcəklər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.