İdman

Yığmamız İtaliya ilə oynayacaq

4 Avqust 2017 10:57
0 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Faiq Qarayevin yetirmələri təlim-məşq toplanışının növbəti mərhələsini Sloveniyada keçəcək. 

Komandamız Maribora bu gün yollanacaq. Voleybolçularımız burda fiziki hazırlığı yekunlaşdırıb, topla məşqlərə üstünlük verəcək. Millimizin Sloveniyada bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.

Təmsilçimiz Mariboru İtaliyaya dəyişəcək. Azərbaycan və Gürcüstanın birgə keçirəcəyi qitə çempionatına hazırlıq da məhz bu ölkədə yekunlaşacaq. Komandamız İtaliya ilə keçirəcəyi yoxlama oyunundan sonra - sentyabrda vətənə dönəcək.

Qeyd edək ki, sentyabrın 22-də başlayacaq Avropa çempionatı oktyabrın 1-də başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.