İdman

10-cu qələbənin astanasında

2 Avqust 2017 16:11
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunlarına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 33 qarşılaşma 2 gün ərzində keçiriləcək.

Mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qəbələ" sabah meydana çıxacaq. Əyalət klubu evdə Yunanıstan "Panatinaikos"u ilə görüşəcək.
 
Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda mütləq qələbə qazanmalıdı. Son iki ildə qrup mərhələsinin iştirakçısı olan "Qəbələ" pley-offa yüksəlmək üçün ən azı 2 top fərqilə sevinməlidi.
 
Qapısını toxunulmaz saxlasa, komandamıza minimal hesablı qələbə isə görüşün penaltilər seriyasına qədər sürməsi üçün yetərli olacaq. Lakin oyunsonrası lotereyada bəxtini sınamamaq üçün 2 top fərqli qələbə zəruridi.
 
2 il əvvəl "Panatinaikos"u pley-offda səfər qolu ilə keçən (0:0,2:2) "qırmızı-qaralar" evdəki uğurlu seriyasını davam etdirməyə çalışacaq. Son 8 ev matçını qolsuz tərk etməyən "Qəbələ" afinalıların da qapısına yol tapmağa iddialıdı. Son iki mövsümdə qonaqların quru oyun keçirməsinə imkan verməyən təmsilçimiz qol vurmaqla yanaşı, qapısının toxunulmazlığını da düşünməyə məcburdu. Çünki buraxılacaq qol komandanın işini xeyli çətinləşdirəcək.
 
Qazanılacaq qələbə də "qırmızı-qaralar" üçün əlamətdar olacaq. Avrokuboklar tarixində 9 dəfə qalib gələn təmsilçimiz 10-cu uğurunun astanasındadı. Yubiley qələbəsi ilə mərhələ adlayacaq komandamız tarixində 3-cü dəfə qrupda oynamağa bir adım da yaxınlaşacaq.
 
Qeyd edək ki, sabah baş tutacaq "Qəbələ" - "Panatinaikos" görüşü saat 21:00-da başlayacaq.
 
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
21:00. "Qəbələ" (Azərbaycan) - "Panatinaikos" (Yunanıstan)
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun - 0:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.