İdman

Neymarın atasına bonus ödənilməsi müvəqqəti dondurulub

2 Avqust 2017 13:21
0 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" Neymarın atasına 26 milyon avro bonus ödəməkdə tələsmir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonlar bu məbləği notariusa yönəldərək Neymarın "PSJ" klubuna transfer məsələsinin sonunu gözləyəcək.

Braziliyalı ulduz "Barsa"da qalsa, atası 26 milyonu alacaq.Əks halda, pul öncədən nəzərdə tutulmuş hesaba köçürülməyəcək. Bu bonus "sambaçı"nın 2021-ci ilə qədər imzaladığı müqaviləyə görə nəzərdə tutulub.

"Barselona" iddia edir ki, futbolçu yeni müqavilə imzalayandan cəmi 1 il sonra getsə, bonusun ödənilməsi də düzgün deyil. Belə olan halda 26 milyonun 1/5 hissəsi, yəni 5.2 milyon avro Neymarın  atasına veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.