İdman

Yeni transferlər "Qəbələ" ilə oyunu gözləyirlər

2 Avqust 2017 13:07
1 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos" transfer çalışmalarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Afina təmsilçisi heyətinə daha 2 oyunçu cəlb edib.

Baş məşqçi Marinos Ozunidisin tapşırığına əsasən, rəhbərlik müdafiənin cinahlarında yaranan boşluğu doldurub. İlk olaraq "Alkmaar"ın isveçli sağ cinah oyunçusu Mattias Yohanssonun keçidini həll edən yunanlarda ən yaralı mövqe sol cinah sayılırdı. "Yaşıllar" bu problemi də uzun müddətdi danışıq apardıqları "Udineze"nin braziliyalı üzvü Qabriel Silva ilə həll ediblər.

"Panatinaikos" Avropa Liqasında "Qəbələ" səddini keçərsə, hər iki futbolçu pley-off mərhələsi üçün sifariş veriləcək.

Qeyd edək ki, "Panatinaikos" ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi "Qəbələ" ilə sabah Bakıda cavab matçına çıxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.