İdman

Millimizin sabiq baş məşqçisi həbs olundu

2 Avqust 2017 11:37
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaher həbs olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, avstriyalı keçmiş Olimpiya çempionu Kiyevdə saxlanılıb.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis məhkəmə proseslərinə gəlmədiyi və istintaqdan gizləndiyi üçün onun haqda beynəlxalq axtarış elan olunmuşdu.

P.Zayzenbaher məhkəmə prosesi ölkəsinə ekstradisiya olunduqdan sonra başlayacaq.

Qeyd edək ki, Zayzenbaher  11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.