İdman

Güləşçimiz finalda ermənini udub dünya çempionu oldu - VİDEO

2 Avqust 2017 11:33
5 Şərh     Baxış: 2 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ilk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub. 

50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb. Güləşçimiz finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib.

Həlledici görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 

50 kq 

FİNAL - Şahin Muxtarov - Karen Zurabyan (ARM) 7:5

1/2 final - 

Şahin Muxtarov - Aslan Minkailov (RUS) 3:2

1/4 final - Akbar Kenjebek Ulu (KGZ) - 

Şahin Muxtarov 0:10

1/8 final - Axtar Kieran İmran (CAN) - 

Şahin Muxtarov 0:12

60 kq 

1/8 final - Əli Rəhimzadə - Ravinder Ravinder (İND) 4:5
1/16 final - 

Əli Rəhimzadə - Ahmed Hassan Ahmed Mohamed (EGY) 4:1

74 kq 
1/16 final - Radik Valiev (RUS) - İsmayıl Abdullayev 7:1

96 kq 
1/16 final - Nishan Preet Randhava (CAN) - Alimaqomed Alixmayev (güləşçimiz xəstələndiyi üçün görüşə çıxmayıb) 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Güləşçimiz ermənini məğlub edib, dünya çempionu oldu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.