İdman

“Qəbələ” – “Panatinaikos” oyununun biletləri satışda

31 İyul 2017 14:39
2 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının təsnifat mərhələsinin III turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" (Yunanıstan) cavab oyununun biletləri satışa çıxarılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və 8-ci kilometr qəsəbə stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki,  8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı avqustun 3-ü saat 21:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.