İdman

"Məni Roberto Baco ilə müqayisə etməyin"

31 İyul 2017 00:45
0 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un yeni transferi Federiko Bernardeski jurnalistlərdən onu Roberto Baco ilə müqayisə etməməsini istəyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc hücumçu bunlatrı deyib:

"Baco kimi futbolçu indi yoxdur. Müqayisələrin düzgün olmadığını düşünürəm. Roberto gəlmiş-keçmiş ən böyük italyan futbolçudur. Düşünürəm ki, məni onunla müqayisə etmək lazım deyil. Mənə xoş olsa da, ona qarşı hörmətsizlikdir".

Bernardeski "qoca sinyora"da 33 nömrəli forma ilə çıxış edəcək. O, 10 nömrəni məhz Bacoya hörmət əlaməti olaraq götürməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.