İdman

"Rəqiblər ayağımızı tapdalayıb səviyyəmizə qalxmaq istədilər"

31 İyul 2017 07:14
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri klubun yay transfer siyasətindən danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəsis heç bir mövqedə boşluq olmadığını bildirib.

"Klub artıq Duqlas Kosta, Mattia De Şilyo və s. kimi gənc və perspektivli futbolçuların transferinə diqqət yetirir. Komandanı gücləndirdik. Biz ardıcıl 6 skudetto qazanmışıq. Məlum məsələdir ki, 7-ni qazanmaq daha çətin olacaq. İstərdik ki, rəqib komandalar bizimlə rəqabət aparsınlar. "Yuventus"un necə gücləndiyini izləməsinlər. Onlar bizim ayağımızı tapdalayıb "Yuventus"un səviyyəsinə qalxmaq istədilər. Transfer pəncərəsinin bağlanmasına 1 ay qalıb. Heyəti mökəmləndirmək imkanı ələ düşsə, bundan istifadə edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.