İdman

Bernardeski "Yuventus"da özünə nömrə seçdi

29 İyul 2017 17:30
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus" yeni transferi Federiko Bernardeskini publikaya təqdim edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu 33 nömrəli formanı seçib.

"Yuventus" dünyanın ən yaxşı klublarından biridir. Burada dərhal qalib mentalitetinə bələd olursan. 10 nömrəli formanı bəyənirəm. Amma buna layiq olmaq lazımdır. Kluba ardıcıl 7-ci skudettonu qazanmaq və ən azı Çempionlar Liqasının yarımfinalında oynamağa kömək etmək istəyirəm" - Bernardeski deyib.

Turin klubu iyulun 24-də gənc forvardla 5 illik müqavilə imzalamışdı. "Fiorentina" transferə görə 3 il ərzində 40 milyon avro qazanacaq. Florensiya klubu futbolçunun 3-cü transferindən 5 milyon avroya qədər pul qazanmaq hüququna da malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.