İdman

""Qəbələ"ni oynamağa azarkeşlərimiz qoymadı"

29 İyul 2017 15:42
1 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz çox yaxşı oynadıq və matçın ilk 1/4 hissəlik bölümündən sonra topa nəzarət etməyə başladıq. Məncə, meydanda daha üstün tərəf idik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu "Panatinaikos"unun futbolçusu Niklas Hult Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyunundan sonra  Yunanıstan mətbuatına deyib.

27 yaşlı yarımmüdafiəçi  bildirib ki, komandası daha çox qol vura bilərdi: "Cəmi bir qol vurmağımıza sevinmirik. Əlbəttə, daha çox fərqlənə bilərdik. Amma şadıq ki, top buraxmadıq və bu da çox vacibdir. Cavab oyununda da belə çıxış etməliyik".

Ötən illə müqayisədə hücum xəttində çoxlu oyunçunun çatışmadığını bildirən N.Hult yenilərə kömək etmələri olduqlarını vurğulayıb: "Omri Altman cəmi bir aydır bizimlədir və işinin öhdəsindən çox yaxşı gəlir. Get-gedə bundan da yaxşı olacaq. Gilyermo Molins qol vuraraq, keçmiş hücumçumuz Markus Berqin rolunu öz üzərinə götürdü".

Hult "Qəbələ" nin yaxşı komanda olduğunu söyləyib: "Rəqib futbol oynamaq istəyirdi. Amma bu, bizim arenada onlara çətin idi. Çünki meydana yaxın olan tribunalardakı azarkeşlərimizdən dəstək, enerji alırdıq. Onların köməyi ilə pressinq edir, təzyiq göstərirdik. Bu səbəbdən, rəqib heç nə edə bilmədi. Hətta onlar hücumda olduqda belə top ayaqlarından, sadəcə, uçurdu. Bununla belə, "Qəbələ" əks-hücumlarda təhlükəlidir. Cavab oyununda biz çox diqqətli olmalıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.