İdman

"Neftçi" xorvatiyalı futbolçu ilə maraqlanır

27 İyul 2017 15:28
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" komandası heyətinə yeni əcnəbi futbolçu cəlb edə bilər. 

Milli.Az xəbər verir ki, klubun mətbuat xidmətindən report-a verilən məlumata görə, bu, xorvatiyalı Mateo Mujekdir.

Paytaxt təmsilçisi hazırda 22 yaşlı sol cinah müdafiəçisinin məxsusu olduğu Sloveniya təmsilçisi "Rudar"la danışıq aparır. Tərəflər arasında razılıq əldə edildikdən sonra əcnəbi oyunçu ilə müqavilə bağlanılacaq.

Qeyd edək ki, "Neftçi" yay fasiləsi ərzində Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovu heyətinə qatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.