İdman

Prosineçki avrokubok oyunlarını niyə izləmir?

27 İyul 2017 14:04
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan klubları avrokubokların yeni mövsümündə artıq 13 oyun keçirmələrinə baxmayaraq, milli komandamızın baş məşqçisi Robert Prosineçki heç birində gözə dəyməyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ", "Qəbələ", "İnter" və "Zirə"nin matçlarında xorvatiyalı mütəxəssisin köməkçiləri iş başında olublar.

Prosineçkinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə səfər qarşılaşması öncəsi futbolçuları izləməməsinin səbəbi isə onun istirahətdə olmasıdı. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu əməkdaşımızla söhbətində 48 yaşlı mütəxəssisin məzuniyyətdə olduğunu bildirib: "Prosineçki məzuniyyətdə olsa da, oyunları televiziya vasitəsilə izləyir. Üstəlik, köməkçiləri də matçlara gedir, qeydlərini götürürlər".

Qeyd edək ki, millimiz Norveçlə sentyabrın 1-də Osloda üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.