İdman

"Fatih Terim "Qalatasaray"ın baş məşqçisi olacaq"

27 İyul 2017 10:07
0 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi postundan istefa verən Fatih Terimin yeni iş yeri müəyyənləşmək üzrədir.

Milli.Az Report-a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis yenidən "Qalatasaray"ın sükanı arxasına keçəcək.

İstanbul təmsilçisinin hazırkı baş məşqçi xorvatiyalı İqor Tüdorla 400 min avro təzminat qarşılığında yollarını ayıracağı bildirilir.

Türkiyə yığmasının başına keçəcək namizədlər arasında isə "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşlə Rusiya təmsilçisi "Zenit"dən ayrılan rumıniyalı Mirça Luçeskunun adları daha çox hallanır.

Qeyd edək ki, Fatih Terim daha əvvəl 3 dəfə "Qalatasaray"ın baş məşqçisi olub. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə "sarı-qırmızılar"a rəhbərlik edib. Təcrübəli mütəxəssis "Qalatasaray"la 6 dəfə ölkə çempionu olmaqla yanaşı, 2000-ci ildə UEFA Kubokunu qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.