İdman

""Panatinaikos"un pley-off şansı daha çoxdur" - Yunanıstanlı futbolçu

26 İyul 2017 18:12
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hələ iki il əvvəl "Panatinaikos"la "Qəbələ" arasındakı oyunlardan əvvəl də demişdim ki, rəqibi diqqətlə izləmək lazımdır"

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Apollon" klubunun futbolçusu Fotios Papulis deyib. 

Yunanıstanlı yarımmüdafiəçi yerli mətbuata müsahibəsində avrokuboklarda çıxış edən komandalarının şanslarını dəyərləndirib. Karyerasını Kiprdə davam etdirən oyunçu Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Panatinaikos" - "Qəbələ" qarşılaşmasına da toxunub.

Onun fikrincə, iki il əvvəl "Panatinaikos"u Avropa Liqasında mübarizədən kənarlaşdıran Azərbaycan təmsilçisi indi nisbətən zəifdi: "Qəbələ"nin qüvvəsi artan temp üzrə gedir. Oyundan-oyuna daha yaxşı çıxış edirlər. Lakin bildiyimə görə, bu il komanda nisbətən zəifdi. "Panatinaikos"un oyunçuları öz hədəflərinə çatmağa daha yaxındılar. Düşünürəm ki, Afina təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanmaq şansı daha çoxdu".

Qeyd edək ki, "Panatinaikos"la "Qəbələ" arasında ilk görüş sabah Afinada oynanılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.