İdman

"Sumqayıt" aşağı liqa klubuna uduzdu - VİDEO

26 İyul 2017 10:16
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" növbəti yoxlama oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Boluda hazırlıq keçən sumqayıtlılar öncədən planlaşdırılan axşam məşqinin əvəzinə yoxlama matçına çıxıb.

Təmsilçimiz TFF 1-ci Liqa təmsilçisi "Adana Demirspor"la üz-üzə gəlib. Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda "Sumqayıt"ın yeganə qolunu Rəşad Eyyubov vurub.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Taavun" komandasına qarşı keçirəcək.

Yoxlama oyunu
"Adana Demirspor" - "Sumqayıt" - 2:1
Qollar: Mendi, 8. Lalavele, 70 - Rəşad Eyyubov, 88. 
"Sumqayıt": 23. Mehti Cənətov, 2. Rail Məlikov, 13. Bəhlul Mustafazadə, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, 21. Ramil Orucov, 6. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov
Oyuna sonradan daxil olanlar: 18. Tural Axundov, 32. Rəşad Eyyubov, 10. Cavid İmamverdiyev, 6. Kamal Mirzəyev
Baş məşqçi: Samir Abasov
Bolu, Termal Hotelin stadionu

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bolu toplanışı:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.