İdman

Maradona: "Yeni sistem tətbiq edilsəydi, "tanrının əli" də olmayacaqdı"

25 İyul 2017 17:52
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya futbolunun canlı əfsanələrindən olan Diyeqo Maradona FİFA mətbuat xidmətinə videotəkrarlardan istifadə ilə bağlı fikirlərini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Maradona 1966-cı il dünya çempionatının finalında həmyerlimiz Tofiq Bəhramovun qolu hesaba almasını da səhv qərar kimi qiymətləndirib.

"Futbol digər növlərdən geri qalmamalıdır. Texniki inkişaf tempini və yeni sistemlərin müxtəlif idman növlərində istifadə olunmasını nəzərə alıb futbolda bundan niyə imtina edək? Deyirdilər ki, mübahisəli epizodların videotəkrarını izləmək uzun vaxt aparacaq. bu isə oyunun tempini aşağı salacaq. Lakin belə olmadığını gördük. Hakim yanlış qərar qəbul edəndə və vurulan qolu hesba almayanda azarkeşlər özündən çıxır. Texnologiya şəffaflığı və qəbul olunan qərarların keyfiyyətini artırır. Hücumameyilli, açıq futbol oynayan komandalar bu sistemin tətbiqindən razı qalacaq. 90 dəqiqə ərzində komandanın oyununda eniş və yoxuş müşahidə edilir. 15 dəqiqə bir tərəf üstün ola bilər. Sonra isə üstünlük rəqibin tərəfinə keçir. Hesabı açırsansa, güman ki, rəqib fəallaşacaq və top smeydanın sənə aid hissəsində dövr edəcək. Oyun daha dinamik olacaq. Amma sənin vurduğun qolu hesaba almırlarsa, üstünlüyü itirib şansı əldən qaçırmaq mümkündür. Bu isə ədalətli deyil.

Mənim əllə vurduğum qol? Bu sistem barədə hər dəfə danışanda həmin qolumu xatırlayıram. O dövrdə hakim videotəkrardan istifadə edə bilsəydi, vurduğum qolu hesaba almazdı. Sizə daha bir epizodu deyim. 1990-cı il dünya çempionatında SSRİ ilə matçda topu qapı xəttindən əllə çıxardım. Bəxtimiz gətirdi ki, refer bunu görmədi. İndisə vəziyyət tam başqadır. Yeni texnologiyaların sayəsində "tanrının əli" olmayacaqdı. Gəlin, İngiltərənin 1966-cı il dünya çempionatının qalibi olduğu oyuna nəzər salaq. Məncə, həmin vaxt top qapı xəttini keçməmişdi. Həmin ədalətsiz qərar 2010 mundialında ingilislərin özlərinə rast gəldi. Almaniya ilə görüşdə Frenk Lempardın təmiz qolu hesaba alınmadı. İngilislər qola layiq idi, amma hakim səhvindən sonra almanların ruh yüksəkliyi artdı və meydanda qüvvələr balansı dəyişdi. Analoji sistemin mövcud olacağı təqdirdə dünya çempionatının tarixini dəyişəcək çox qərarları xatırlamaq olar. Səhvlərə son qoymaq zamanı yetişib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.