İdman

"Qəbələ"nin rəqibində iki yeni qərar

25 İyul 2017 14:34
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos" iki qapıçısı ilə bağlı fərqli qərar verməli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Afina təmsilçisi əsas qolkiper Luk Stillə yollarını ayırmağa hazırlaşır.

Buna səbəb 33 yaşlı oyunçunun İngiltərədən təkliflər almasıdı. Belə ki, ölkəsinin aşağı liqa klublarının maraq dairəsində olan Stil onlardan birinin təklifini qəbul edib, İngiltərəyə qayıtmaq barədə düşünür.

Bunu nəzərə alan "Panatinaikos" rəhbərliyi digər qapıçı Sokratis Diudisi komandada saxlamaq qərarına gəlib. Bir müddət əvvəl gedişi gözlənilən 24 yaşlı qolkiper Stilin ayrılmasından sonra əsas qapıçı olacaq. Bu səbəbdən müqavilə müddəti 2019-cu ilə qədər olan Diudis qalmaq qərarına gəlib.

Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun iyulun 27-də Yunanıstanda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.