İdman

"Kəpəz" Ərzurumdakı son oyununda da qalib gələ bilmədi

25 İyul 2017 14:17
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərzurumda hazırlıq keçən "Kəpəz" iyulun 24-də son yoxlama oyununa çıxıb. Gəncə klubu Türkiyənin 1-ci Liqa təmsilçisi olan "Elazığspor" ilə üz-üzə gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hər iki komandanın səyinə baxmayaraq görüş qolsuz heç-heçə ilə nəticələnib - 0:0.

"Kəpəz"in son oyunda start "11-liy"i belə olub: Davud Kərimi, Dedimar Ferreyra, Azad Kərimov, Şəhriyar Əliyev, Şəhriyar Rəhimov, Serqey Çernışev, Samba Diallo, Azər Məmmədov, Kərim Diniyev, Kamran Abdullazadə, Viktor Laki.

Ehtiyat heyət: Ruzi Qiyaslı, Tural Rzayev, Ceyhun Cavadov, İlkin Sadıqov, Aydın Qasımov, Yusif Cəfərov, Əli Səmədov.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.