İdman

"Dəniz Yılmaz ən güclü futbolçularımızdan biridir"

24 İyul 2017 11:01
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dəniz indi çox istəklidir. Bu da məni sevindirir"

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Bursaspor"un baş məşqçisi Pol Le Quen deyib.

Təlim-məşq toplanışının gedişi ilə bağlı yerli mətbuata açıqlama verən fransalı mütəxəssis Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın əfv edilməsinə yenidən aydınlıq gətirib.

Bu məsələdə bütün məsuliyyəti öz üzərinə götürən yeni çalışdırıcı təcrübəli forvarda güvəndiyini söyləyib: "Dənizlə bağlı məlumat əldə etdikdən sonra gördüm ki, klubla futbolçunun durumu çıxılmazdı. Biz yenidən dialoq yolu ilə məsələnin həllinə çalışdıq və futbolçunun cavabı müsbət oldu. Nəticədə yenidən komandaya qayıtdı. Bəlkə də, qarşılıqlı səhvlər olmuşdu, ancaq mənim işim problemi həll etməkdi. İstənilən qərarı "Bursaspor"un xeyrinə aldığımızı hər kəs bilməlidi. Ehtiyac olarsa, azarkeşlərimizlə bir araya gəlib, nəyə görə belə qərar qəbul etdiyimizi açıqlaya bilərəm. Hər bir qərar klubun gələcəyi üçündü. Əlimizdəki futbolçulardan yaxşı istifadə etməliyik. Dənizin qayıtmağının da komandanın xeyrinə olacağını düşünürəm. Uğurlu nəticələr qazanmaq üçün güclü futbolçulara ehtiyac var. Dəniz Yılmaz da bizim ən güclü futbolçularımızdan biridi".
 
Qeyd edək ki, Dəniz Yılmaz ötən mövsümün sonlarında FİFA-ya şikayət etdiyi üçün klub rəhbərliyi tərəfindən komandadan uzaqlaşdırılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.