İdman

“Qarabağ”: Həm ziyarət, həm ticarət

23 İyul 2017 15:11
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın fanşopunun rəsmi açılışı olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Park Bulvar AVM"in 2-ci mərtəbəsində yerləşən rəsmi mağazanın açılışında klubun vitse-prezidenti Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl iştirak edib.
 
Futbolçulardan kapitan Rəşad Sadıqovla Dani Kintanın da olduğu tədbirdə Tahir Gözəl nitq söyləyib. Qısa çıxışdan sonra oğlu və Əmrah Çəlikəllə birlikdə qırmızı lenti kəsən vitse-prezident mağazadan ilk alış-verişi də özü edib.
 
Ardınca futbolçular da müəyyən aksesuarlar alıblar.
 
Qeyd edək ki, bu gün Ağdam rayonunun ermənilər tərəfindən işğal olunmasının 24 ili tamam olur. Bu münasibətlə klub rəsmiləri və futbolçular şəhidlər xiyabanını ziyarətə gediblər və ordan dönüşdə rəsmi açılışda iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.