İdman

İdman növünün adı dəyişdirildi

23 İyul 2017 09:14
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) konqresinin qərarı ilə sinxron üzgüçülüyün adı dəyişdirilərək bədii üzgüçülük adlandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, səsvermə FINA-nın bu günlərdə su idman növləri üzrə dünya çempionatını qəbul etmiş Budapeştdə keçirilən konqresində olub.

Sinxron üzgüçülüyün adının dəyişdirilməsi ideyasını Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmanın bu növünü inkişaf etdirmək məqsədi ilə irəli sürüb.

Sinxron üzgüçülük ilk dəfə 1984-cü ildə Los-Ancelesdə Olimpiya Oyunları proqramına daxil edilib. 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarına qədər sinxron üzgüçülük üzrə yarışlar proqramına tək (solo) və cüt çıxışlar daxil olub. Hazırda Olimpiya Oyunlarında duet və qruplar üzrə medallar oynanılır.

Maraqlıdır ki, 2000-ci il Sidney, 2004-cü il Afina, 2008-ci il Pekin, 2012-ci il London, 2016-cı il Rio-de-Janeyro olimpiadalarında sinxron üzgüçülük üzrə bütün qızıl medalları Rusiya təmsilçiləri qazanıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.