İdman

Hidayət Heydərov Minskdə erməni rəqibinə qalib gəlib

22 İyul 2017 21:48
5 Şərh     Baxış: 2 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatına start verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, yarışın ilk günündə millimizin çıxışı uğurlu alınıb. Belə ki, cüdoçularımız 2 qızıl medal qazanıblar.
66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə və 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Belarusda Azərbaycan bayrağını dalğalandırıblar.
Hidayət Heydərov yarımfinalda Ermənistan cüdoçusu Arsen Qazaryanı məğlub edib.
Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.