İdman

"Panatinaikos" iştirak ərizəsini UEFA-ya göndərdi

22 İyul 2017 15:36
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos" iştirak ərizəsini UEFA-ya göndərib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Afina təmsilçisi "Qəbələ" ilə matçlar üçün 26 oyunçunun adını sifariş edib.

Baş məşqçi Marinos Ozounidisin A və B siyahısında ümumilikdə 3 qapıçı, 7 müdafiəçi, 13 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

Qapıçı: 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos

Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 25. Rasmus Telander, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali

Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 11. Brayan Kabezas, 17. Robin Lod, 18. Lusiano, 19. Lukas Villifanez, 21. Dimitris Kurbelis, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 47. Dimitrios Emmanulidis

Hücumçular: 8. Gilyermo Molins, 20. Lautaro Rinaldo, 49. Sotiris-Pantelis Pispas
 
Qeyd edək ki, "Panatinaikos"la "Qəbələ" arasında ilk oyun iyulun 27-də Afinada keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.