İdman

"Yuve"dən 40 milyonluq transfer

21 İyul 2017 20:09
0 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dani Alveş Leonardo Bonuççi kimi aparıcı oyunçularla vidalaşan "Yuventus" "transfer bazarı"nda da fəallıq nümayiş etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qoca sinyora" heyətinə daha bir futbolçu cəlb edib.

Belə ki, "Fiorentina"nın yarımmüdafiəçisi Federiko Bernardeski yeni mövsümdən "ağ-qara" formanı geyinəcək. Bu keçid İtaliya çempionuna 40 milyon avroya başa gəlib. Həmçinin tərəflər arasında anlaşmaya əsasən, "Yuve" gələcəkdə oyunçunu satarsa, transfer məbləğinin 10 faizi "Fiorentina"ya çatacaq.
 
Yeni komandası ilə 5 illik müqavlə imzalayacaq 23 yaşlı hücumameyilli oyunçunun illik məvacibi 4 milyon avro olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.