İdman

"Qəbələ" köhnə tanışı ilə yenidən görüşəcək

21 İyul 2017 14:41
0 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yagellonia" üzərində qələbə qazanıb Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Qəbələ" Yunanıstan Super Liqa ikincisi "Panatinaikos"la qarşılaşacaq. İyul ayının 27-si Atena şəhərinin "Stadio Apostolos Nikolaidis" stadionunda baş tutacaq. Cavab oyunu isə 3 avqustda Bakı şəhərində "Bakcell Arena"da olacaq. Bəs təmsilçimizin qələbə şansları nə qədərdir?

Milli.Az bildirir ki, Yunanıstan komandası "Qəbələ" ilə oyuna qədər 4 yoldaşlıq oyunu keçirib ki, bunlardan 3-də qələbə qazanan "Panatinaikos" 1 heç-heçə ilə razılaşmağa məcbur qalıb. Əsasən ev oyunları komandası kimi tanınan "Panatinaikos" səfərdə elə də yaxşı təsir bağışlamır. İlk oyunu səfərdə keçirəcək olan komandamızın cavab oyununda qələbə şanslarını yüksəkdir. Səfərdəki qolsuz bərabərlik belə "Qəbələ" üçün çox vacibdir.

2015-2016-cı ildə də Avropa Liqası play of mərhələsində yunan klubu ilə qarşılaşan komandamız onları yarışdan kənarlaşdırmışdı.

Ümumi heyət dəyəri 25,4 milion avro olan yunan klubu "qırzımı-qaralar"dan iki dəfə daha bahalı klubdur. Amma dəfələrlə görmüşük ki, heyəti milyonlara bərabər olan klublar hansısa 3-cü ölkə klubuna qalib gələ bilməyib. "Qəbələ"mizin heyət dəyəri 10,5 milion avroya bərabər olsa belə hər mövqedə çox güclü oyunçuları var.

Son illərinin ən yaxşı futbolunu göstərən komandamız bu turuda keçməyə o qədərdə uzaq deyil.

Dünənki, "Yagellonia" oyunundakı əzmkarlığını "Panatinaikos"la olan oyunlardada göstərə bilsə "Qəbələ"ni turu 60-70% keçmiş hesab edə bilərik. Amma "qırmızı-qaralar"ın diqqət etməli olduğu bəzi məqamlar var ki, bunlar yunan klubunun sağ cinah yarımmüdafiçisi Gilerme Mollins və yeni transfer etdiyi hücuma meyilli mərkəz yarımmüdafiəçisi Omri Altmandır.

Qeyd edək ki, buna qədər klublarımız yunan komandalarına qarşı 8 oyun keçirib və heç vaxt məğlub olmayıb.

Adil Nəcəfov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.