"Yuventus" klubdan ayrılan Leonardo Bonuççinin mövqeyinə əvəzedici axtarır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qoca sinyora" Almaniya millisinin üzvü Mats Hummelsi izləyir. Ötən mövsümün əvvəlində 35 milyon avroya "Bavariya"ya keçən 28 yaşlı müdafiəçi Münhen klubunda istənilən kimi çıxış edə bilməmişdi. Daha öncə futbolçu "Borussiya Dortmund"a qayıtmağı istisna etmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində