İdman

Rəşad Sadiqov: "Qaçanda nəfəs almaq olmurdu"

21 İyul 2017 11:53
0 Şərh     Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zirə" Avropa Liqasının II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra "Zirə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov bir neçə sualı cavablandırıb. 

"Astra" yaxşı komanda idi. Səfərdə 1:3 hesabı ilə uduzmasaydıq, başqa cür oynaya bilərdik. Təcrübəli komanda idilər. Hava da bir tərəfdən çox isti idi, bürkülü hava adamı boğurdu.
 
- İlk hissədə fərqlənmək mümkün olsaydı fərqli oyun olacaqdı?
- Riçard Qadze ilk dəqiqələrdə qazandığı şansı dəyərləndirsəydi, fərqli futbol olacaqdı.
 
- Rəhbərlik və baş məşqçi bu nətciyə görə nə dedi?
- Sözün düzü, rəhbərlik bizi təbrik etdi. Turniri başıuca tərk etdiyimiz üçün bizə təşəkkür etdilər.
 
- Fasilədən sonra ilk hissədəki kimi oynamadınız...
- Hava çox isti idi. Qıraqda dayananda belə adam tərləyirdi. Qaçanda nəfəs almaq olmurdu. Heç rəqib də nəsə edə bilmirdi. Belə də oyunun tempi də düşürdü.
 
- "Astra" Avropa Liqasının qrupunda oynamış klubdu. Amma vaxtı bu şəkildə uzatmaq onlara yaraşır?
- Bu da "Zirə"nin oyunu ilə əlaqədar idi. Biz daha yaxşı oynadıq. Onlar da belə etdi.
 
- "Zirə" bugünkü oyunu ilə sübut etdi ki, rəqibindən zəif deyildi. Komandada nə çatmadı?
- Uşaq səhvlərdən qollar buraxdıq. Qeyri-adi nəsə edib bizə 3 qol vurmadılar. Sandart vəziyyətlətdən qollar buraxdıq.
 
- Avropa Liqası "Zirə"yə nə qazandırdı?
- Təcrübə və ölkəmizə reytinq xalları qazandırdıq. Gələcəkdə işimiz rahat olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.