İdman

Roman Qriqorçuk: "Futbolçularımla fəxr edir, onları sevirəm"

21 İyul 2017 10:32
0 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Yagellonia" (Polşa) - "Qəbələ" qarşılaşmasından (0:2) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis bunları deyib:

"Qalib gəldiyimiz üçün çox sevinirik. Çünki bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil. İndiki çox çətin vəziyyətdə bunu bacardıq. Klubda deyil, komandadakı vəziyyəti nəzərdə tuturam. Çətinlik ondadır ki, komanda yenidir və onu qurmağa vaxtımız az olub. Futbolçularımla fəxr edir, onları sevirəm. Onlar belə çətin vəziyyətdə ciddi nəticə qazana bildilər. Bu qələbə bizim üçün çox vacib idi. İndi biz gündən-günə daha yaxşı olacağıq. Hər növbəti matçda bu komanda daha güclü olacaq. Biz bu gün ilk oyunla müqayisədə daha yaxşı idik. Komandada bundan da yaxşı oynamaq potensial var. İndiki "Panathinaikos" haqda onu bilirik ki, bizimlə yenilənmiş komanda üz-üzə gələcək. İki il əvvəl qarşılaşdığımız heyətdən 2-3 futbolçu qalıb. Başa düşürük ki, bu komanda pis ola bilməz. Bu, Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir. Bizi iki ciddi qarşılaşma gözləyir. Bu matçlar çox maraqlı olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.