İdman

Morata "Çelsi"də, Çiçarito İngiltərəyə qayıtdı

21 İyul 2017 08:30
0 Şərh     Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 19-u və 20-də futbol üzrə top liqalarda bir neçə transfer baş tutub.

Milli.Az Trend-ə istinadən transferləri və transfer xəbərlərini təqdim edir:

1. "Çelsi" 80 milyon avroya "Real Madrid"in hücumçusu Moratanı transfer edib;

2. Rusiyanın "Lokomotiv" klubu Fransanın "Lion" klubundan 1,5 milyon avroya müdafiəçi Rıbusu transfer edib;

3. "Yuventus" 12,2 milyon avroya qapıçı Şesnini transfer edib;

4. Leonardo Bonuççi rəsmi olaraq "Yuventusdan" "Milan"ф transfer olunub;

5. Mattia De Şilyo "Milan"dan "Yuventus"a transfer olunub;

6."Vest Hem" rəsmi olaraq Çiçaritonun transferini təsdiqləyib;

7. "Mançester Siti" "Real Madrid" ilə Danilonun transferini razılaşdırıb;

8. Almaniyanın "RB Leypsiq" klubu Nabi Keytanı "Liverpul"a satmaqdan təkrar olaraq imtina edib;

9. "Barselona"nın braziliyalı hücumçusu Neymar dostlarına "PSJ"də oynayacağını deyib;

10. "Real Madrid" Moratanı və Danilonu satdıqdan sonra "Monako"nun hücumçusu Mbappeni transfer etmək niyyətindər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.