İdman

Azərbaycan rekordçusu dayandı

20 İyul 2017 22:21
0 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının "İnter" klubunun avrokuboklardakı quru seriyası qırılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ardıcıl 4 oyunda qol buraxmamaqla Azərbaycan rekorduna imza atan bakılılar 2 ildən sonra qapısında qol görüb.
 
Bu, Avropa Liqasının II təsnifat mərhələsinin "Fola" ilə Lüksemburqdakı cavab oyununda baş verib. Görüşün 21-ci dəqiqəsində fərqlənən Samir Hacı Zaur Svanadzenin yetirmələrini dayandırıb.
 
Bunadək "ağ-göylər"in buraxdığı son qol 2015-ci il iyulun 30-na təsadüf etmişdi. 721 gün əvvəl Bilbaoda "Atletik" bakılıların qapısına yol tapmışdı. 2:0 hesabı ilə başa çatan görüşdə son qolu Eraso 49-cu dəqiqədə vurmuşdu.
 
421 dəqiqədə sonra qol buraxan Azərbaycan rekordçusunun qapıçısı Səlahət Ağayev 2 il öncə "Atletik"lə cavab matçında (0:0), cari mövsümdə "Mladost"la hər iki (3:0, 2:0), "Fola" ilə ilk qarşılaşmada (1:0) qapısını toxunulmaz saxlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.