İdman

"Real"ın hücumçusu rekord məbləğə "Çelsi"yə keçib

19 İyul 2017 22:10
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın hücumçusu Alvaro Morata "Çelsi"yə keçib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə hər iki klub rəsmi məlumat yayıb.

İspaniya mətbuatında çıxan xəbərlərdə 24 yaşlı oyunçunun London klubuna 80 milyon avroya başa gəldiyi yazılıb.
 
Yaxın günlərdə Morata "Real"ın Los-Ancelesdəki düşərgəsini tərk edib "zadəganlar"a qoşulacaq.
 
Qeyd edək ki, 80 milyon avro bir ispaniyalı futbolçuya ödənmiş ən yüksək məbləğdi. Bundan öncəki rekord isə 2011-ci ildə "Çelsi"dən "Liverpul"a 58 milyona keçən Fernando Torresə məxsus idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.