İdman

Tomas Müllerlə bir neçə klub maraqlanır

19 İyul 2017 18:07
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayern Münhen"in hücumçusu Tomas Müller bir neçə klubun maraq dairəsinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətlərində "Arsenal", "Yuventus", "Çelsea" və "Liverpul" maraqlıdır. Müllerin transferində ən şanslı klub "Liverpul" hesab olunur. Məlumata görə Mülleri Yurqen Klopp şəxsən klubuna dəvət edir. Alman hücumçunun "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yaynda başa çatacaq. Daha öncə komandanın baş məşqçisi Karlo Ançelotti Xames Rodriqezin transferinə aid sualı cavablandırarkən kolumbiyalı havbeki Mülleri əvəzləmək üçün gətirmədiyini söyləmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.