İdman

"Real" müdafiəçisini "Mançester Siti"yə satır

19 İyul 2017 17:58
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın müdafiəçisi Danilo karyerasını İngiltərədə davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Mançester Siti"yə keçəcək.

Bir müddətdi adı "Çelsi" ilə birgə hallanan "sambaçı" üçün ən sərfəli təklif "şəhərlilər"dən gəlib. Dani Alveşin transferində "PSJ"-yə uduzan "Mançester Siti" dərhal hərəkətə gələrək, "Real"la anlaşıb.
 
Klublar arasındakı razılığa görə, ispanlar bu keçiddən 30 milyon avro əldə edəcəklər. Futbolçunun iştirakına görə, madridlilər daha 5 milyon avro bonus qazana bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.