İdman

""Barselona"da xoşbəxtəm"

19 İyul 2017 23:05
0 Şərh     Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın hücumçusu Neymarın katalon klubunda xoşbəxt olduğunu və yeni mövsümü səbirsizliklə gözlədiyini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz bunları deyib:

"Ötən mövsüm mənim üçün çox yaxşı keçdi. Şəhərə və kluba öyrəşmişəm, burda xoşbəxtəm. Bu amil idmançının çıxışında həmişə özünü göstərir. İstədiyimiz qədər titul qazanmasaq da, özümü komandada çox rahat hiss etdim. Gözəl oyunlar keçirdik və inanılmaz anlar yaşadıq. İndisə yeni mövsümdə lazımi səviyyədə çıxış etmək lazımdır".

Neymarın "Barselona" ilə cari müqaviləsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub. İspaniya mətbuatının yaydığı məlumaa görə "PSG" onun xidmətlərində maraqlıdır. Amma futbolçunun atası və katalonların vitse-prezidenti onun heç yerə getməyəcəyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.