İdman

"Oynamağa layiq olsa, meydana çıxacaq"

19 İyul 2017 08:09
0 Şərh     Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti yeni transfer Xames rodriqezin meydandakı yeri barədə sualı cavablandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ona əsas heyətdə oynamağa zəmanət verməyib.

"Xamesi Müllerin mövqeyində oynamaq üçün dəvət etməmişik. O, mərkəzdə oynayan Tyaqonu əvəzləyə bilər. Xames sağ və solda da oynamağı bacarır. Deməli, Robben və ya Riberini də əvəzləməsi mümkündür. Xamesi transfer etməkdə məqsəd heyəti dərinləşdirməkdir. O, yaxşı futbolçudur. Düşünürəm ki, bizə köməyi dəyəcək. Oynamağa layiq olsa, meydana çıxacaq. Əks halda, ehtiyatda oturacaq. Necə ki bir sıra futbolçular bunu edir. Heç kimə əsas heyətdə yer zəmanət verilməyib".

Kolumbiyalı yarımmüdafiəçinin "Real"dan ayrılmasının səbəbi oyun praktikasının azlığı idi. Daniel Sebalyosun transferindən sonra əsas heyətdə möhkəmlənmək şansları birə-beş azalan Xames "Bavariya" klubuna icarəyə göndərilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.